“Messi və Ronaldo ilk “üçlüy”ə layiq deyil”

“Messi və Ronaldo ilk “üçlüy”ə layiq deyil”

Hazırda oxunan: “Messi və Ronaldo ilk “üçlüy”ə layiq deyil”

5449

İngiltərənin “Mançester Yunayted” klubunun sabiq futbolçusu Dimitar Berbatov FİFA-nın müəyyənləşdirdiyi ilin futbolçusu mükafatına namizədlərlə bağlı fikirlərini bölüşüb.

Bizim.Media xəbər verir ki, bolqarıstanlı keçmiş forvard finalçılardan yalnız “Bavariya”lı Robert Levandovskinin ora düşməyə layiq olduğunu söyləyib.

39 yaşlı mütəxəssis digər finalçılar “Yuventus”un hücumçusu Kriştianu Ronaldo və “Barselona”nın kapitanı Lionel Messi barədə eyni fikirdə deyil:

“Messi və Ronaldonun finalçılar arasında olmasına təəccübləndim. Çünki orada olmağa layiq deyillər. İnanıram ki, mükafatı Robert Levandovski alacaq. O qalib gəlməsə, ədalətli olmaz. Robert qolları ilə mənim və bir çoxlarının ən çox sevdiyi oyunçu oldu. Ümid edirəm ki, bu il FİFA mükafatı ona verəcək”.

Qeyd edək ki, 2020-ci ilin ən yaxşıları dekabrın 17-də İsveçrənin Sürix şəhərində keçiriləcək tədbirdə müəyyənləşəcək. (apasport)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO