Nazarbayev Qazaxıstanı tərk etməyib – Elbaşıdan vacib ÇAĞIRIŞ

Nazarbayev Qazaxıstanı tərk etməyib – Elbaşıdan vacib ÇAĞIRIŞ

Hazırda oxunan: Nazarbayev Qazaxıstanı tərk etməyib – Elbaşıdan vacib ÇAĞIRIŞ

54377

Nursultan Nazarbayev Qazaxıstan paytaxtındadır.

Bizim.Media xəbər verir ki, bu barədə onun mətbuat katibi Aydos Ukibay açıqlama yayıb.

Açıalamada deyilir:

"Elbaşı hər kəsi Prezident Tokayevin ətrafında birləşməyə çağırıb. Bu, ölkə bütövlüyü üçün əhəmiyyətlidir. Xahiş edirik ki, yalan və spekulyasiyalı informasiyalar yayılmasın. Çünki Nazarbayev Tokayevlə birbaşa əlaqədədir və ölkədəki situasiya ilə əlaqədar dost ölkələrin başçıları ilə müəyyən məsləhətləşmə görüşləri keçirir".

Xatırladaq ki, yanvarın 7-si yayılan qeyri-rəsmi xəbərlərə görə, Nursultan Nazarbayev ölkədəni tərk edərək Çinə gedib. Lakin onun mətbuat katibi son açıqlaması ilə bu xəbəri təkzib edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO