Hazırda Yasamal rayonunun bəzi ərazilərində, Mətbuat prospekti və A.M.Şərifzadə küçəsində elektrik enerjisinin kəsilməsi səbəbindən bəzi svetoforların işində fasilə yaranıb.
Bakı Nəqliyyat Agentliyindən (BNA) Bizim.Media-ya verilən məlumata görə, müvafiq qurum tərəfindən elektrik enerjisi verilişinin bərpası ilə bağlı iş aparılır.
Bunu nəzərə alaraq sürücülərdən işıqforların işi bərpa edilənədək ərazidəki yol nişanlarının tələbini və nizamlanmayan yolayrıcını keçmə qaydalarını əsas tutaraq hərəkət etmələri xahiş olunub.
Qeyd edək ki, işıqforların işləməməsi uzun tıxaca səbəb olub.
Bizim.Media