Dağlıq Qarabağda hərbi əməliyyatlar zamanı itkin düşmüş hərbçilərin valideynləri və qohumları Müdafiə Nazirliyinin qarşısına toplaşaraq etiraz aksiyası keçirirlər.
Bizim.Media xəbər verir ki, valideynlər uşaqları barədə məlumat vermələrini tələb edirlər. Lakin nazirliyin heç bir nümayəndəsi etirazçıların qarşısına çıxmayıb.
Belə olduğu təqdirdə narazı tərəfin qəzəbi daha da artıb.
Nəticədə etirazçılar ilə polis arasında qarşıdurma yaşanıb. Hərbçilərin yaxınları nazirliyin qapısını sındıraraq şöbənin binasına daxil olublar.
Daha sonra Ermənistan müdafiə naziri Vaqarşak Harutyunyan və Baş Qərargah rəisi Onik Qasparyan itkin düşmüş hərbçilərin valideynləri ilə görüşmək barədə razılığa gəliblər.
Bizim.Media