Nazarbayev Dubaya gedib? - “The Insider” nəşri detalları açıqlayır

Nazarbayev Dubaya gedib? - “The Insider” nəşri detalları açıqlayır

Hazırda oxunan: Nazarbayev Dubaya gedib? - “The Insider” nəşri detalları açıqlayır

54138

Çərşənbə günü, yanvarın 5-də Qazaxıstanın paytaxtından havaya qalxan “Embraer Legacy 650” təyyarəsinin E35L nömrəli reysi Dubayda Əl Maktum Beynəlxalq Hava Limanında eniş edib. Uçuş məlumatları gizlədilib. Təyyarə Qazaxıstan Milli Qvardiyasına aid ola bilər, çünki idarə bu modeli 2020-ci ilin yanvarında alıb.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “The Insider” nəşri yazır.

Bundan əvvəl şəbəkədə Qazaxıstanın eks-prezidenti Nursultan Nazarbayevin ailəsinin qeydiyyatdan keçməyən əmlakının Dubayda yerləşdiyinə dair araşdırma dərc edilib.

BƏƏ-nin daşınmaz əmlak reyestrində Nazarbayevin nəvəsi Nurəli Əliyevin “Jumeirah Beach Residence” ərazisində üç iqamətgahı və Dubaydakı elit “Marina Bey”də bir iqamətgahı haqqında məlumat var.

K. Məsimov “Dubai Executive Towers” kompleksində mənzillərə və “Dubai International City” ərazisində mənzillərə malikdir.

Nazarbayevin kürəkəni milyarder T.Kulibayevin “Palm Jumeirah” süni adasında mənzilləri var.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO