Azərbaycanlı nazir beynəlxalq təşkilatın vitse-prezidenti seçildi - FOTO

Azərbaycanlı nazir beynəlxalq təşkilatın vitse-prezidenti seçildi - FOTO

Hazırda oxunan: Azərbaycanlı nazir beynəlxalq təşkilatın vitse-prezidenti seçildi - FOTO

53997

Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının (IAACA) videoformatda təşkil edilən ümumi yığıncağında rəhbərlik seçkisi keçirilib.

Bizim.Media xəbər verir ki, Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov sözügedən təşkilatın vitse-prezidenti seçilib.

Tədbirdə çıxış edən nazir F.Məmmədov IAACA-nın qlobal antikorrupsiya fəaliyyətində mühüm rolunu qeyd edib, bu sahədə ölkəmizin təcrübəsini bölüşərək, dövlət başçısının rəhbərliyi ilə respublikamızda korrupsiyaya qarşı aparılan mübarizə tədbirlərindən bəhs edib.
 

MÖVZU İLƏ BAĞLI:

Fikrət Məmmədov Venesiyada Ermənistanın ədliyyə nazirini ifşa etdi – TUTARLI FAKTLARLA


Nazir Assosiasiyanın inkişafına bundan sonra da öz səylərini əsirgəməyəcəyini bildirib, IAACA-nın gələcək fəaliyyətinə dair təkliflər irəli sürüb.

Eyni zamanda, IAACA-nın Konstitusiyasına dəyişikliklərin edilməsi, qurumun Baş katibinin, fəxri üzv və müşavirlərin seçilməsi məsələsinə baxılıb, ölkəmizin təklifləri nəzərə alınmaqla müvafiq qərarlar qəbul olunub.

Elə həmin gün Assosiasiyanın yeni formalaşdırılmış İcraiyyə Komitəsinin iclası keçirilib.

IAACA-nın rəhbər orqanı olan Komitədə bütün qitələrdən, o cümlədən Avropadan İtaliya, İspaniya, Fransa, Azərbaycan və s. təmsil olunur.

Bizim.Media


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO