Azərbaycan Ordusunun hərbi maşını qəzaya düşüb - Xəsarət alanlar var

Azərbaycan Ordusunun hərbi maşını qəzaya düşüb - Xəsarət alanlar var

Hazırda oxunan: Azərbaycan Ordusunun hərbi maşını qəzaya düşüb - Xəsarət alanlar var

53993

Bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusunun guya qar uçqunu altında qalması nəticəsində xəsarət alması barədə məlumatlar yayılıb.

Müdafiə Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, bu xəbər yalandır və  həqiqəti əks etdirmir.

“Eyni zamanda onu da bildiririk ki, bu gün saat 17.40-da hərbi maşının idarəetməni itirməsi nəticəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları çavuş Abdullayev Ceyhun Hüseyn oğluəsgər Həsənzadə Süleyman Əli oğlu yüngül xəsarət alıb. Hər iki hərbi qulluqçumuzun həyatları üçün heç bir təhlükə yoxdur.

KİV nümayəndələrinə bir daha müraciət edərək rəsmi təsdiqini tapmayan məlumatları yaymamağı tövsiyə edirik”, - deyə Müdafiə Nazirliyindən bildirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO