Zülfiyyə Xanbabayeva AzTV-nin çəkilişindən imtina etdi – SƏBƏB

Zülfiyyə Xanbabayeva AzTV-nin çəkilişindən imtina etdi – SƏBƏB

Hazırda oxunan: Zülfiyyə Xanbabayeva AzTV-nin çəkilişindən imtina etdi – SƏBƏB

53975

Azərbaycan Televiziyası bu il Yeni il çəkilişini Xəzər dənizin ortasında, gəmilərin birində həyata keçirib. Bir çox Xalq artisti, Əməkdar artistin yer aldığı çəkilişə Xalq artisti Zülfiyyə Xanbabayeva da dəvət edilib.

Bizim.Media xəbər verir ki, sənətçi məkana gəlsə də, proqrama çəkilməkdən imtina edib. Xanbabayeva buna soyuq və küləkli hava şəraitini səbəb gətirib.

Qeyd edək ki, "Gəmi - 2022" adlanan Yeni il proqramında Xalq artisti Faiq Ağayev, Əməkdar artistlər Aygün Bəylər, Lalə Məmmədova və başqaları iştirak edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO