Türk Dövlətləri Təşkilatına üzv olmaq Qazaxıstana baha başa gəldi - Razi Nurullayevin ŞƏRHİ

Türk Dövlətləri Təşkilatına üzv olmaq Qazaxıstana baha başa gəldi - Razi Nurullayevin ŞƏRHİ

Hazırda oxunan: Türk Dövlətləri Təşkilatına üzv olmaq Qazaxıstana baha başa gəldi - Razi Nurullayevin ŞƏRHİ

53959

Qazaxıstanda baş verənləri şərh edən Razi Nurullayevin fikrincə, bir ölkə digərini cəzalandırmaq, yaxud öz təsir dairəsinə salmaq istəyirsə, pusquda yataraq müəyyən hadisənin baş verməsini gözləyir:

“Və bundan istifadə edərək prosesi öz xeyrinə yönləndirir. Rusiya mediası və sosial şəbəkələrindən də göründüyü kimi, Kreml Qazaxıstanda sosial yöndə baş verən hadisələrdən öz xeyrinə istifadəyə meyillənib”.

Milli Cəbhə Partiyasının lideri özəl olaraq Bizim.Media-ya açıqlama verərkən Moskvanın etiraz aksiyasından Qazaxıstanı cəzalandırmaq üçün yararlanmağa kökləndiyini də bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Tokayevdən təbii qazla bağlı SƏRƏNCAM: 6 ay qiymət qalxmayacaq


Çünki Qazaxıstan Türk Dövlətləri Təşkilatının üzvü olub:

“Bununla da daha müstəqil xarici siyasət yürütməyə başlayıb. Belə gedişat isə Rusiyanın xoşuna gələ bilməz. İstənilən regional birlikdə Rusiya özünü böyük qardaş sayır və bütün hadisələrin Kremlin çətiri altında baş verməli olduğunu düşünür. Qazaxıstanın TDT üzvlüyü isə Rusiyanın xoşuna gəlmir və hazırkı etirazları Moskva cəza metodu kimi istifadə edəcək. Bu baxımdan, Qazaxıstanın şimal-qərb bölgələrinin Rusiyaya birləşdirilməsi çağırışları artır, Jirinovski qeyd edib ki, “Qazaxıstan adlı dövlət olmayıb, ümumiyyətlə Qazaxıstan da Rusiyanın tərkib hissəsi olub”.

Bütün bunlar Qazaxıstana ötürülən mesajlardır ki, “əgər bu cür hadisələr baş verəcəksə, asanlıqla əleyhinizə çevirə bilərik.
 

Onun üçün də böyük qardaşdan daha yaxşı yapışın, lazım gəlsə sizə qarşı çıxanları cəzalandırarıq”. 


Hesab edirəm ki, məsələyə belə yanaşmaq olar. Amma Qazaxıstan müdriklik göstərəcək və problem qazax xalqının xeyrinə həll ediləcək”.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO