Qərb Ermənistana görə İrandan xahiş edib? – Politoloqdan vacib AÇIQLAMA

Qərb Ermənistana görə İrandan xahiş edib? – Politoloqdan vacib AÇIQLAMA

Hazırda oxunan: Qərb Ermənistana görə İrandan xahiş edib? – Politoloqdan vacib AÇIQLAMA

53950

- Diqqət çəkən məqam ondan ibraətdir ki, Qərblə nüvə danışıqlarında İrana qarşı müəyyən qədər yumşalma özünü göstərən kimi, Rəisi Ermənistanın suverenliyinə dətək göstərdiyini bəyan etdi. Sizcə, İran diplomatiyası nöqteyi-nəzərindən bu iki proses bir-biri ilə bağlı ola bilərmi?

Bu sualı Bizim.Media üçün cavablandıran politoloq Tofiq Abbasov, iki hadisə arasında əlaqəni bu cür şərh edib:
 

MÖVZU İLƏ BAĞLI:

Paşinyan Rəisi ilə TELEFONLA DANIŞDI  


“Bilirsiniz, ABŞ və Qərb dünyası İranı bölgədə daha konstruktiv olmağa çağırırdılar. İranın mövqeyi isə bölgədəki proseslərin region ölkələri tərəfindən həll olunması yönündədir. Lakin inanmıram ki, Qərblə münasibətlər Tehranın İrəvana qarşı mövqeyinə ciddi təsir göstərsin”.

Politoloq bu fikrini  Ermənistanın iddialarının artıq dünya miqyasında ciddi qəbul olunmaması ilə əlaqələndirib:

“Çünki Ermənistan məsələsi artıq o qədər öz yükünü itirib ki... Doğrudur, biz vaxtilə görürdük ki, həmsədr ölkələrin mövqeyində Ermənistan məsələsi aktuallığını qoruyur. Lakin ermənilər özlərini elə biabırçı şəkildə ifadə etdilər ki, bu ölkələrin də artıq onlardan zəhləsi gedir. Ola bilsin ki, candərdi Ermənistana təəssübkeşlik edirlər, ancaq ermənilər öz davranışları ilə dünyanı təngə gətiriblər”.

Lakin Tofiq Abbasov Qərbin İrana münasibətdə yumşalmaya getməsinin Tehranın Ermənistanla münasibətlərinə təsir edə biləcəyini də istisna etməyib.

Belə ki, politoloq İran hökumətinin bu cür mövqe sərgiləməsinə səbəb ola biləcək iki mühüm nüansı diqqətə çatdırıb:

1. Ola bilsin ki, İran Qərb dünyasına özünün bölgədə söz sahibi olduğunu göstərməyə çalışır. Bəzi hallarda sanbal sahibləri həllini tapmış məsələlərə bir daha qayıtmırlar. Əksinə, danışmaqdansa, susmağı seçirlər. 

2. O da ola bilər ki, İran Qərbə göstərməyə çalışsın ki, Tehran xristian ermənilərin təəssübünü çəkir. Lakin yaddan çıxarmaq olmaz ki, İranda yaşayan erməni icması müsəlman dünyasında öz sayına və nüfuzuna görə seçilir. Eyni zamanda rəsmi Tehranın da daxildə olan milli məsələlərə həmişə diqqəti böyük olub. 

Sonda isə, Tofiq Abbasov İranın Ermənistana dəstək göstərməsi ilə bağlı önəmli bir detalı da diqqətə çatıdırıb:

“Bu da bir həqiqətdir ki, İran və Qərb diplomatları vaxtaşırı 3-cü ölkələrdə keçirdikləri görüşlər zamanı həmişə Ermənistan məsələsi gündəmdə olur. Həmişə İrandan xahiş edirlər ki, Ermənistandan öz köməyini əsirgəməsin. Mən bunu əminliklə deyirəm”.

Murad Əhmədov, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO