Bakıda yaşayış binasında yanğın söndürüldü - YENİLƏNİB

Bakıda yaşayış binasında yanğın söndürüldü - YENİLƏNİB

Hazırda oxunan: Bakıda yaşayış binasında yanğın söndürüldü - YENİLƏNİB

53949

Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsində çoxmərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb.

Bizim.Media-nın məlumatına görə, yanğının qarşısı qısa müddət ərzində alınıb, sakinlərin bir qismi təxliyə olunub.

***

Bakıda çoxmərtəbəli yaşayış binası yanır.

Bizim.Media-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən məlumata görə, “112” qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində çoxmərtəbəli yaşayış binasında yanğın olması barədə məlumat daxil olub.

Məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri yanğınsöndürmə və digər təxirəsalınmaz təcili tədbirlərin həyata keçirilməsi üçün yanğın baş verdiyi ünvana cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO