Şirvanda bir ailənin 4 üzvü zəhərləndi

Şirvanda bir ailənin 4 üzvü zəhərləndi

Hazırda oxunan: Şirvanda bir ailənin 4 üzvü zəhərləndi

53921

Şirvanda bir ailənin üzvləri dəm qazından zəhərlənib.

Bizim.Media xəbər verir ki, hadisə Şirvan şəhəri T.İsmayılov küçəsində qeydə alınıb.

Belə ki, Şirvan sakinləri - 1956-cı il təvəllüdlü Fərəcov Mətləb İsaq oğlu, onun oğlu, 1986-cı il təvəllüdlü Fərəcov Sabir Mətləb oğlu, 1985-ci il təvəllüdlü Həmzəyeva Bənövşə Məhəmməd qızı və 2012-ci il təvəllüdlü Fərəcov Rəhman Sabir oğlu evdə olarkən dəm qazından zəhərləniblər.

Ailə üzvləri dərhal Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanada onlara ilk tibbi yardım göstərilib. Onların vəziyyətlərinin sabit olduğu bildirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO