“Bayram günlərində zəhərlənən qadın ölüb” - RƏSMİ STATİSTİKA

“Bayram günlərində zəhərlənən qadın ölüb” - RƏSMİ STATİSTİKA

Hazırda oxunan: “Bayram günlərində zəhərlənən qadın ölüb” - RƏSMİ STATİSTİKA

53910

Bayram günlərində (31 dekabrdan 5 yanvaradək) Kliniki Tibbi Mərkəzə (KTM) zəhərlənmə şübhəsi ilə bağlı 142 müraciət daxil olub.

Mərkəzin Mətbuat Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, müraciət edənlərdən 13 nəfərin vəziyyəti ağır olduğu üçün Toksikologiya şöbəsinə yerləşdirilib, 129 nəfərə isə ilkin tibbi yardım göstərilərək evə buraxılıb.

Xəstəxanaya yerləşdirilən 13 nəfərdən (5 qadın, 3 kişi, 5 uşaq) 5-i dəm qazından, 3-ü dərmandan, 1-i sirkə turşusundan, 2-si allergiya səbəbindən, 2-si etanol spirtindən zəhərlənib. Həkimlərin səylərinə baxmayaraq, onlardan birinin (qadın) həyatını xilas etmək mümkün olmayıb.

İlkin tibbi yardım göstərilərək evə buraxılan 129 nəfərdən 28-i dəm qazı, 13-ü dərman, 33-ü alkoqollu içki, 9-u göbələk, 9-u allergiya, 1-i əqrəb sancması səbəbi ilə müraciət edib.

Müraciət edən digər 36 nəfərdə isə zəhərlənmə faktı qeydə alınmayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO