İngiltərənin dünyanı məhv edəcək planı – 31 nüvə silahlı gəmi...

İngiltərənin dünyanı məhv edəcək planı – 31 nüvə silahlı gəmi...

Hazırda oxunan: İngiltərənin dünyanı məhv edəcək planı – 31 nüvə silahlı gəmi...

53765

Böyük Britaniyanın Folklend müharibəsinə 31 nüvə silahlı hərbi gəmi göndərdiyi məlum olub.

Böyük Britaniyanın Milli Arxivində dərc edilən yeni məxfi sənəddə Böyük Britaniyanın Argentina ilə mübahisəli bölgədə 1982-ci ilin aprel-iyun ayları arasında baş verən Folklend müharibəsinə 31 nüvə silahlı gəmi göndərdiyi məlum olub.

Bizim.Media məlumat verir ki, jurnalist Riçard Norton Taylorun məxfiliyi qaldırılmış sənədlər əsasında hazırladığı məqaləsində nüvə silahlarının 1982-ci ilin may ayında bölgəyə göndərildiyinə yer verilir.

Belə ki, 18 nüvə silahı Britaniyanın “HMS Hermes” daşıyıcısında, 12 nüvə silahı isə Şahzadə Endrünün müharibə zamanı xidmət etdiyi “Avenger” hərbi gəmisində, biri isə Kral Donanmasının köməkçi gəmisi olan “Regent”-də yerləşdirilib.

Sənəddə deyilir ki, silahlar Böyük Britaniya tərəfindən Folklend adaları ətrafında tətbiq edilən “Total İstisna Zonası”nda yerləşdirilib və gərəkli olduğu təqdirdə istifadə olunması nəzərdə tutulub.

Məxfilikdən çıxarılan sənədlərə görə, o zamankı baş nazir Marqaret Tetçerin göndərdiyi gəmilərdə silahların olması Müdafiə Nazirliyi ilə Xarici İşlər Nazirliyi arasında qızğın mübahisəyə səbəb olub.

Məxfilikdən çıxarılan sənəd, həmçinin Müdafiə Nazirliyinin 6 aprel 1982-ci il tarixli aktına da istinad edir. Burada “dərinlikdə olan nüvə bombalarının” bəzilərinin “itirilməsi və ya zədələnə bilməsi” ilə bağlı “böyük narahatlıq” qeyd olunur.

"Belə bir hadisənin beynəlxalq nəticələrinin çox zərərli ola biləcəyi"nə də yer verilir.

Qeyd edək ki, 2003-cü ilin dekabrında rəsmi London Cənubi Amerika arxipelaqına nüvə silahı daşıdığını rəsmi olaraq etiraf edib.

Lakin bu sənədin məxfiliyi ləğv edilməmişdən əvvəl heç bir əlavə təfərrüat və silahların miqdarı açıqlanmamışdı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO