Yaponiyada 6,3 bal gücündə zəlzələ baş verib

Yaponiyada 6,3 bal gücündə zəlzələ baş verib

Hazırda oxunan: Yaponiyada 6,3 bal gücündə zəlzələ baş verib

53752

Yaponiyanın Sakit okeanda yerləşən Oqasavara adaları yaxınlığında 6,3 bal gücündə zəlzələ baş verib.

Bizim.Media xəbər verir ki, bu barədə Yaponiya Baş Meteorologiya Agentliyindən məlumat verilib.

Məlumatda yeraltı təkanların yerli vaxtla saat 06.09-da (Bakı vaxtı ilə 01.09) qeydə alındığı bildirilir. Zəlzələnin episentri isə okeanın 70 kilometr dərinliyində olub. 

Zəlzələ nəticəsində sahil ərazilərdə sunami xəbərdarlığı edilməyib, tələfat və dağıntılar barədə isə məlumat yoxdur.

Qeyd edək ki, Oqasavara adaları Tokiodan təxminən 1,2 min kilometr cənubda yerləşir. Mütəxəssislər bölgədə təkanların həftə ərzində təkrarlanacağını istisna etmirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO