Tural Abbaslı bu il ata olmaq istəyir: “Uşağın cinsinin heç bir fərqi yoxdur”

Tural Abbaslı bu il ata olmaq istəyir: “Uşağın cinsinin heç bir fərqi yoxdur”

Hazırda oxunan: Tural Abbaslı bu il ata olmaq istəyir: “Uşağın cinsinin heç bir fərqi yoxdur”

53667

“Azərbaycanın torpaqlarının azadlığı, şəhidlərimizin, qazilərimizin igidliyi sayəsində Azərbaycan xalqı yeni mərhələyə qədəm qoydu. Bu sevindirici haldır ki, nəhayət ki, biz hansısa mərhələni adlaya bildik. Ancaq dövlət olaraq qarşıda hələ atacağımız addımlar və görməli olduğumuz çox işlər var”.

Ağ Partiyanın başqanı Tural Abbaslı bu sözlərlə 2021-ci ildə Azərbaycanda baş verən proseslərdən danışarkən deyib. O, Bizim.Media-ya özəl açıqlaması zamanı 2022-ci ildən olan gözləntilərindəndə danışıb.
 

MÖVZU İLƏ BAĞLI:

Toyuna bir neçə saat qalan Tural Abbaslı Bizim.Media-ya danışdı: “Çox gərginik…” 


“Mən çox istərdim ki, 2022-ci il sülh, əmin –amanlıq, rifah və sağlamlıq ili olsun. Qoy heç bir insan xəstələnib, dava- dərman dərdi çəkməsin. İstərdim evi olmayanlar kirə dərdi çəkməsin, özünün yuvası olsun, təqaüd, uşaq pulu üçün mübarizə aparmasınlar. Bunlar elə bir məvacib olsun ki, hamını qane etsin. Mən istərdim 2022-ci ildə stresdən uzaq bir mühütdə yaşayım. Çünki cəmiyyətin ac, susuz, aqressiv yaşadığı bir ortam da insan tox, xoşbəxt yaşaya bilməz. Biz tox olanda mütləq şəkildə qonşumuz da ac yatmamalıdır”.

2021-ci il Tural Abbaslı üçün necə yadda qaldı? 

“Ən əsası bu il mənim xatirimdə torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərin anım mərasimləri ilə yadda qaldı. Biz də o məclislərdə qürur hissi, minnətdarlıq borcu ilə iştirak etdik. Bundan başqa ilk dəfə olaraq, qazi və şəhidlərimizin sayəsində azad olan Şuşamıza səfər etdik. Allah ordumuzu hər zaman hifz etsin. 

Hər bir insanın həyatında mühüm mərhələ olan evlilikdə bu ilin son yadda qalan xatirələrindən oldu, həmçinin məclisdə olan problemlər, bizdən küsən dostlarımız da hafizəmə həkk olundu”. 

Bəs, Tural Abbaslı 2022-ci ildə yeni status - atalıq status qazanmaq planlayırmı?

Partiya başqanı düşünür ki, hər bir evli cütlük bu statusu qazanmaq istəyər, lakin burada ilahi qismət əsas amildir. 

“Hər bir kişi ata, hər bir qadın ana olmaq istəyər. Əsas odur ki, xeyirli, sağlam övlad yetişdirə bilək. Uşağın cinsinin heç bir fərqi yoxdur. Allahına, dininə, Vətəninə və ailəsinə xeyirli övlad olsun. Təki, Allah nəsib etsin”.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO