"Hababam sınıfı"nın aktyoru HƏBS EDİLƏCƏK? - SƏBƏB 

Hazırda oxunan: "Hababam sınıfı"nın aktyoru HƏBS EDİLƏCƏK? - SƏBƏB 

53642

Məşhur türkiyəli aktyor İlyas Salman 2 il müddətinə həbs oluna bilər. 

Bizim.Media xəbər verir ki, bu barədə məlumatı türk mediası yayıb. Bunan səbəb kimi isə aktyorun ötən il yanvarın 25-də sosial şəbəkə hesabında etdiyi paylaşımıdır. Belə ki, o, bu paylaşımında türk millətini alçaltmaqda ittiham olunur. 

Məsələ ilə bağlı İstanbul Baş Prokurorluğunda məhkəmə iddiası qaldırılıb. 

İddianamədə aktyora sosial şəbəkədəki paylaşımında türk millətini, Türkiyə dövlətini, Böyük Millət Məclisini və məhkəmə orqanlarını təhqir edən ifadələr işlətdiyi qeyd olunub.

Bu səbəbdən aktyorun 6 aydan 2 il müddətinə qədər həbs olunması tələb edilir. 

İddianamə məhkəmə tərəfindən qəbul edilib. İlyas Salman mart ayında Anadolu Məhkəməsinə çıxarılacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO