Zülfiyyə Xanbabayeva: “Flora Kərimova dedi ki, bunu etmə, qeyri-peşəkar görünür”

Zülfiyyə Xanbabayeva: “Flora Kərimova dedi ki, bunu etmə, qeyri-peşəkar görünür”

Hazırda oxunan: Zülfiyyə Xanbabayeva: “Flora Kərimova dedi ki, bunu etmə, qeyri-peşəkar görünür”

53605

"Hər qadın kimi, alış-verişi sevirəm. Heç də baha olmayan bir şeyi alıb, onu yaxşı təqdim etmək lazımdır. O qədər baha geyinib, heç bir şeyi təqdim edə bilməyənlər var ki...". 

Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Zülfiyyə Xanbabayeva "Səhər mərkəzi" proqramında deyib.

Müğənni "Geyimlərinizə çox pul xərcləyirsiniz" sualını cavablandırıb. O bildirib ki, çox alış-veriş etməyi sevir. 

Xanbabayeva Xalq artisti Flora Kərimovanın ona məsləhətini açıqlayıb: 

"Filmləri çəkiləndə deyirdim soyuqdur, gedirəm. Flora Kərimova çəkib kənara dedi ki, etmə bunu, kənardan qeyri-peşəkar görünür. Baxıram, Flora xanım oturub, demir mənə soyuqdur. Təranə Muradova, Afaq Məlikova da mənə deyirdi ki, inildəmə, işə gəldin soyuğu, aclığı unut". 
Gənc ifaçılardan söz açan müğənni "Gözəl gənclərimiz var, sadəcə oxuduqları musiqi... Trenddə başqa şeylər var" sözlərini söyləyib. (axşam.az) 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO