“Avtobuslarda gediş haqqının dəyişməsi ilə bağlı məsələ gündəmdə yoxdur”.
Bu sözləri Bizim.Media-ya nəqliyyat eksperti Eldəniz Cəfərov yanvarın 1-dən ekaloji təmiz avtobuslara keçidlə bağlı məsələdən danışarkən qeyd edib.
Ekspert hesab edir ki, yaxın vaxtlarda gediş haqqının artması və azalması ilə bağlı addım atılmayacaq:
“Yəqin ki, hələ bir müddət bu qiymətlər qalacaq”.
Eldəniz Cəfərovun sözlərinə görə ictimai nəqliyyatda ekaloji təmiz avtobusların istifadəsi ilə bağlı məsələlər hələ 2018-ci ildə Prezidentin imzaladığı “Yol hərəkətinin təhlükəsizliyinə” dair Dövlət Proqramında təsbit olunub:
“Bu proqram 2019 və 2022-ci illəri əhatə edir ki, həmin müddətdə ekaloji təmiz avtobuslara keçid təmin edilməldir. Həmçinin 2021-ci ilin fevral ayında Azərbaycan - 2030 sosial-iqtisadi inkişafa dair milli prioritetlərdə də bu məsələ öz əksini tapıb. Orada da Azərbaycan təmiz ətraf mühit və yaşıl artım ölkəsi kimi planlaşdırılır. Həmin ilə kimi çalışmalıyıq ki, əsasən bu istiqamətdə hərəkət edək. Bu səbəbdən ictimai nəqliyyatın ekoloji təmiz yanacaq vasitələrinə keçidi təmin olunmalıdır. Əsas məqsəd sakinlərin sağlam həyat tərzi, ətraf mühitin təmiz olması, Azərbaycanın artım ölkəsinə çevrilməsi və ekosistemin yaxşılaşdırılmasıdır”.
Alçina Amilqızı, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:00 / 02.01.2022
Yeni ildən avtobuslarda gediş haqqı BAHALAŞIR? – Ekspertdən CAVAB
Hazırda oxunan: Yeni ildən avtobuslarda gediş haqqı BAHALAŞIR? – Ekspertdən CAVAB
Hazırda oxunan: Yeni ildən avtobuslarda gediş haqqı BAHALAŞIR? – Ekspertdən CAVAB
53499
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.