Emin Əmrullayev basketbol ictimaiyyəti ilə görüşdü - FOTO

Emin Əmrullayev basketbol ictimaiyyəti ilə görüşdü - FOTO

Hazırda oxunan: Emin Əmrullayev basketbol ictimaiyyəti ilə görüşdü - FOTO

53134

Bu gün Azərbaycan Basketbol Federasiyasının prezidenti Emin Əmrullayevin basketbol ictimaiyyəti ilə görüşü baş tutub.

Federasiyadan Bizim.Media-ya verilən məlumata görə, tədbirdə federasiyanın Rəyasət Heyətinin üzvləri, məsul şəxsləri, müvafiq dövlət qurumlarının nümayəndələri, hakimlər, məşqçi-müəllimlər, yığma komandaların üzvləri iştirak ediblər.

Çıxış edən Emin Əmrullayev ölkədə basketbol idman növü ilə bağlı mövcud vəziyyət, yeni mövsümə hazırlıq məsələləri və gələcəkdə görüləcək işlərdən danışıb.

Tədbirdə qarşıda duran vəzifələrə dair fikir mübadiləsi aparılıb, gündəlikdəki məsələlərlə bağlı təklif və tövsiyələr səsləndirilib, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO