İctimai yerdə qadınlara söyən şəxs həbs olundu - FOTO

İctimai yerdə qadınlara söyən şəxs həbs olundu - FOTO

Hazırda oxunan: İctimai yerdə qadınlara söyən şəxs həbs olundu - FOTO

53120

İctimai yerdə qadınlara qarşı nalayiq ifadələr işlədən və onların görüntülərini çəkərək sosial şəbəkələrdə yayan şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Daxili İşlər Nazirliyindən (DİN) Bizim.Media-ya bildirilib ki, həmin şəxsin Bakı şəhər sakini 25 yaşlı Samir İbrahimov olması müəyyən edilib. O, tutduğu əməldən peşman olduğunu və səhvə yol verdiyini etiraf edib.

Bununla belə onun hərəkətlərində xırda xuliqanlıq, polis işçisinin qanuni tələbinə qəsdən tabe olmama maddələrinin tərkib əlamətləri olduğuna görə fakta görə İnzibati Xətalar Məcəlləsinin 510, 535-ci maddələri ilə barəsində toplanmış matereallar baxılması üçün məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə onun barəsində 30 sutka inzibati həbs tənbeh tədbiri tətbiq olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO