Qubanın icra başçısının sabiq müavini haqda məhkəmə QƏRARI - DETALLAR

Qubanın icra başçısının sabiq müavini haqda məhkəmə QƏRARI - DETALLAR

Hazırda oxunan: Qubanın icra başçısının sabiq müavini haqda məhkəmə QƏRARI - DETALLAR

53071

Rüşvətə təhrik etmə və dələduzluqda təqsirləndirilən Quba Rayon İcra Hakimiyyəti başçısının sabiq müavini Xanlar Heybətovla Arif Mustafayevə hökm oxunub və onlar cərimələnib.

Bizim.Media xəbər verir ki, bu barədə hökm Quba Rayon Məhkəməsinin hakimi Samir Məmmədovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Hökmə əsasən, X.Heybətova 9 min manat məbləğində cərimə cəzası tətbiq olunub.

Bundan başqa, A.Mustafayev 6 ay 22 gün müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib. Həmçinin məhkəmə onun barəsində 6 min manat məbləğində cərimə cəzası tətbiq edib.

Hər iki şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılıb.

Hökmdən narazı qalan məhkumlar apellyasiya şikayəti verib. Şikayət Sumqayıt Apellyasiya Məhkəməsində araşdırılır.

İttihama görə, X.Heybətov 11.02.2019-cu il tarixdən 11.03.2020-ci il tarixədək Quba Rayon İcra Hakimiyyəti başçısının müavini - Sosialiqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsində çalışıb. O, işlədiyi müddət zamanı qulluq mövqeyindən istifadə edərək sakinlər arasında yaranan nüfuz və etibarından sui-istifadə edib.

Belə ki, X.Heybətov A.Mustafayevlə birgə aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə dələduzluq edib.

Hər iki şəxs barəsində Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə ittiham irəli sürülüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO