Bakıda 5 minə yaxın yol nişanı quraşdırıldı - 249 küçədə isə...

Bakıda 5 minə yaxın yol nişanı quraşdırıldı - 249 küçədə isə...

Hazırda oxunan: Bakıda 5 minə yaxın yol nişanı quraşdırıldı - 249 küçədə isə...

53031

Bakı Nəqliyyat Agentliyi (BNA) bu il paytaxtın küçə və prospektlərində çatışmayan 4 924 yol nişanı quraşdırı, nəqliyyatın hərəkətində sıxlığın olduğu 21 kəsişmədə "sarı kəsimə toru" nişanlanması çəkib.

Bizim.Media bu barədə Agentliyə istinadən xəbər verir.

Bundan başqa, məlumata görə, il ərzində Bakıda 26 küçə və prospektdə pandus inşa olunub, 249 küçə və prospektdə eynisəviyyəli piyada zolağı yenilənib, 40 piyada keçidində “sarı döyünən işıq” tətbiq edilib, 23 məktəb ətrafında isə hərəkət təhlükəsizliyi səviyyəsi artırılıb. 

Piyadaların səki boyunca rahat və təhlükəsiz hərəkətini təmin etmək, eləcə də ümumi hərəkət təhlükəsizliyi baxımından əhəmiyyət kəsb edən tumbaların quraşdırılması isə 28 küçə və prospektdə təmin edilib. 17 küçə və prospektdə isə dəmir məhəccər quraşdırılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO