XİN: Azərbaycanın sədrliyi dövründə Türk Dövlətləri Təşkilatının nüfuzu artıb

XİN: Azərbaycanın sədrliyi dövründə Türk Dövlətləri Təşkilatının nüfuzu artıb

Hazırda oxunan: XİN: Azərbaycanın sədrliyi dövründə Türk Dövlətləri Təşkilatının nüfuzu artıb

53025

Türk Dövlətləri Təşkilatında ölkəmizin 15 oktyabr 2019-cu ildən etibarən başlayan sədrliyi uğurla davam edib. Bu müddətdə təşkilatın fəaliyyəti daha da güclənmiş və nüfuzu artıb.

Bizim.Media-nın xəbərinə görə, bu, XİN-in 2021-ci ilin yekunlarına dair mətbuat buraxılışında əksini tapıb.

Bildirilib ki, Azərbaycanın il ərzində sədrliyi dövründə videokonfrans vasitəsilə Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə Görüşü (31 mart 2021-ci il), Təşkilata üzv dövlətlərin mediaya məsul nazir və rəsmilərinin Bakıda iclası (10 aprel 2021-ci il), Xarici İşlər Nazirləri Şurasının “Əfqanıstandakı vəziyyət və son inkişaflar işığında onun Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının üzv dövlətlərinə təsiri” mövzusunda İstanbulda fövqəladə iclası (27 sentyabr 2021-ci il) və sahəvi əməkdaşlıq ilə bağlı digər önəmli tədbirlər keçirilib:

“12 noyabr 2021-ci ildə İstanbulda Türk Dövlətləri Təşkilatının Səkkizinci Zirvə Görüşü keçirilmişdir.

Zirvə Görüşündə, o cümlədən təşkilatın adının dəyişdirilməsi və Türkmənistanın təşkilatda müşahidəçi statusu alması barədə qərar, “Türk Dünyasına Baxış - 2040” sənədi və Səkkizinci Zirvə Görüşünün Bəyannaməsi qəbul edilmiş, Sədrlik Azərbaycandan Türkiyəyə ötürülüb.
Səkkizinci Zirvə Görüşünün Bəyannaməsində üzv dövlətlər Azərbaycan Respublikasını 44 günlük Vətən müharibəsində qələbə münasibətilə təbrik etmiş, torpaqlarımızın hərbi işğaldan azad edilməsi ilə bağlı haqq işinə dəstəyini ifadə etmiş, Ermənistan ilə Azərbaycan arasında münaqişənin bitməsini alqışlamış və bir birinin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığının qarşılıqlı tanınması və hörmət əsasında münasibətlərin normallaşmasını dəstəkləmiş və Azərbaycanın münaqişədən sonra bərpa, yenidənqurma və reinteqrasiya səylərinə dəstəkləməyə hazır olduqlarını ifadə ediblər.

Zirvə Görüşündə dövlətimizin başçısı Azərbaycan Respublikasının torpaqlarının azad edilməsini və ərazi bütövlüyünün bərpa olunmasını təmin edən, Türk birliyinə önəmli töhfə verən, regionda davamlı sülh və sabitliyə nail olunmasına yol açan tarixi qələbə münasibətilə Türk Dünyasının Ali Ordeni ilə təltif olunub”, - deyə XİN-in məlumatında qeyd olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO