Bu ölkə COVID-19-a yoluxma hallarına görə dünya lideri oldu

Bu ölkə COVID-19-a yoluxma hallarına görə dünya lideri oldu

Hazırda oxunan: Bu ölkə COVID-19-a yoluxma hallarına görə dünya lideri oldu

52981

Dünyada COVID-19-a ən çox yoluxma Danimarkada qeyd alınıb. Hər 100 000 nəfərə orta hesabla 1612 yoluxma düşür.

Bizim.Media “The Guardian” nəşrinə istinadən xəbər verir ki, Danimarka Səhiyyə Nazirliyi təxminən 5,85 milyon əhalisi olan ölkədə ilk dəfə olaraq gündə 15 mindən çox COVID-19 hadisəsini qeydə alıb: yoluxanların sayı 16 164 nəfər olub.

Nəşr xatırladır ki, keçən həftə Danimarkada koronavirusun omikron variantı üstünlük təşkil edib.

Statistikaya görə, bu günə qədər Danimarkada pandemiyanın başlanğıcından bəri 727 mindən çox insan COVID-19 koronavirusuna yoluxub, 3,2 mindən çox insan dünyasını dəyişib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO