“Ölkənin startap və innovasiya sektorunda cari ildə görülən işlərə, yadda qalan tədbirlərə və ötən ildən qalan problemlərə bir daha nəzər saldıqda, il ərzində sektorda müəyyən addımlar atılsa da köklü problemlərin qaldığı görünür”.
Bizim.Media xəbər verir ki, bunu İT üzrə mütəxəssis Osman Gündüz “Facebook” səhifəsində yazıb.
Bu il ekosistemin inkişafının olduqca ləng getdiyinə diqqət çəkən ekspert Cari ildə KOBİA tərəfindən Startap şəhadətnamələrinin verilməsinə başlandığını bildirib:
“İndiyədək 27 startapa şəhadətnamə verilib. Bu sənədi əldə edənlər 3 il ərzində gəlir və mənfəət vergisindən azad olunub”.
Onun sözlərinə görə, sektorda cari ildə diqqət çəkən məqamlardan biri də əvvəllər özəl sektor və vətəndaş cəmiyyəti, startap icmaları tərəfindən keçirilən müxtəlif startap tədbirlərinin əsasən birbaşa dövlət qurumları tərəfindən gerçəkləşməsi olub.
“VXSİ Dövlət Agentliyinin İnnovasiyalar Mərkəzinin “Gələcək üçün bacarıqlar” layihəsi çərçivəsində bir neçə universitetdə mentorların hazırlanması istiqamətində addımlar atılıb. Agentlik cari ildə “Azərbaycan 500 ASAN Startap Proqramı” çərçivəsində 10 startap layihəsinə də dəstək verib”.
Osman Gündüz qeyd edib ki, Azərbaycanın 9 startapı RİNN –nin dəsətyi ilə Türkiyədə keçirilən “Teknofest” festivalına qatılıb. Əlavə edib ki, növbəti ildə “Teknofest” festivalı Azərbaycanda keçiriləcək.
Təhsil Nazirliyi tərəfindən sektorun gələcək inkişafını nəzərdə tutan təhsil istiqamətli bir çox layihələr, stratap müsabiqələri və olimpiadalar reallaşıb. AzTU-da Code Academy və Təhsil Nazirliyinin dəstəyi ilə 100 nəfərlik İT və proqramlaşdırma kursları açılıb:
"İnformatika yoxsa Kimya" probleminin həlli sektorun inkişafına müsbət təsir edib. Yəni, uzun illər Ali məktəblərin İT və Kömpüter ixtisaslarını seçənlərdən İnformatika əvəzinə Kimyadan imtahanı nəzərdə tutan DİM-in Qaydalarının 2023-cü ildən dəyişəcəyinin elan edilmsi İnformatikaya diqqəti artırıb”
Ekspertin sözlərinə görə,sSektorda ötən ilin əsas yadda qalan hadisəsi, uzun illər qarşıya qoyulan vəzifələri obyektiv və subyektiv səbəblərdən reallaşdıra bilməyən, ümumiyyətlə fəaliyyət göstərməyən, lakin sektorda əsas səlahiyyətli qurum olan RİNN-nin İnnovasiyalar Agentliyinin ləğvi olub.
Osman Gündüz sektorun inkişafına təkan verə biləcək hüquqi sənədlərin bu il də yarımçıq qaldığını bildirib:
“Vençur fondlar və vençur maliyyələşmə ilə qanun layihəsi müzakirəyə çıxarılmadı. İnnovasiyaların İnkişaf Stategiyası ilə bağlı 3 il gözlənilən sənəd bu il də təqdim edilmədi. İnvestisiyalarla bağlı problem də həllini tapmayıb. Nə ilkin investisiya, nə də sonrakı inkişaf üçün startapların investisya əldə etməsi üçün mühitin inkişafı yetərli olmayıb.
Müşahidələr göstərir ki, cari ildə qonşu ölkələrin, Ukrayna, Gürcüstan, Ermənistan və Kazaxstan kimi ölkələrin cəmi bir-iki startapının əldə etdiyi investisiyanı bizim bütöv ekosistem əldə edə bilməyib”.
Qeyd edək ki, Global Startup Ecosystem Reytinqinə görə Azərbaycan 2021-ci ildə 19 pillə geriləyərək 89-cu yeri qazanıb. Ötən il Azərbaycan bu reytinq cədvəlidə daha yaxşı yerdə, 70-ci pillədə olmuşdu.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
11:59 / 28.12.2021
Startap və innovasiya ekosistemi: Görülən işlər, həll edilməyən problemlər…
Hazırda oxunan: Startap və innovasiya ekosistemi: Görülən işlər, həll edilməyən problemlər…
Hazırda oxunan: Startap və innovasiya ekosistemi: Görülən işlər, həll edilməyən problemlər…
52836
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.