“Azər-Maya” Şuşanın çörək təchizatına başladı

“Azər-Maya” Şuşanın çörək təchizatına başladı

Hazırda oxunan: “Azər-Maya” Şuşanın çörək təchizatına başladı

5279

Bizim.Media xəbər verir ki, “Azər-Maya” ASC Şuşada fəaliyyət göstərən çörək istehsalı ilə məşğul olan müəssisələri maya ilə təmin etməyə başlayıb.

Bundan sonra Şuşada bişirilən çörəklər onların istehsal etdiyi maya ilə bişiriləcək.

Artıq Şuşada fəaliyyətdə olan dörd çörək zavodu tam şəkildə “Azər-Maya” tərəfindən təchiz olunur.Məlumat üçün bildirək ki, “Azər- Maya” Azərbaycanın qida sektorunun aparıcı şirkətlərindən biridir. Eyni zamanda regionun yeganə maya istehsalçısıdır.

1973-cü ildə fəaliyyətə başlamış keçmiş Bakı Bulka-Maya zavodunun bazasında 1997-ci ilin may ayında tam özəlləşdirilmiş müəssisə olan “Azər-Maya” Açıq Səhmdar Cəmiyyəti  yaradılmışdır.

Onların istehsal etdiyi preslənmiş xəmir mayası ilə Azərbaycan Respublikasının tələbatını tam ödəməklə yanaşı qonşu dövlət olan Gürcüstan Respublikasına da ixrac edilir.

Bizim.Media



 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO