Ədalət Vəliyev partiya rəhbərləri ilə görüşdü

Ədalət Vəliyev partiya rəhbərləri ilə görüşdü

Hazırda oxunan: Ədalət Vəliyev partiya rəhbərləri ilə görüşdü

5266

Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin siyasi partiya rəhbərləri və ictimai fəallar ilə görüşləri davam edir.

Bizim.Media xəbər verir ki, növbəti görüşlər Azərbaycan Ümid Partiyasının sədri İqbal Ağazadə, Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Fəttayev, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu, ReAL Partiyasının sədri İlqar Məmmədov və Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev ilə ayrı-ayrılıqda videokonfrans formatında təşkil olunub.

Görüşlər zamanı bir çox məsələlərlə yanaşı Ali Baş Komandanın rəhbərliyi ilə Vətən Müharibəsində qazanılmış böyük qələbə və bu qələbəyə Azərbaycan xalqının verdiyi qiymət, xalq və ordu birliyi, qazilərə dövlət qayğısı və onların reabilitasiyası, Vətən Müharibəsi kontekstində Azərbaycan və Türkiyə arasında qardaşlıq münasibətləri, işğaldan azad olunmuş ərazilərdə görüləcək işlər və əhalinin məskunlaşması, Azərbaycana qarşı intensiv şəkildə aparılan informasiya təzyiqləri fonunda milli və siyasi həmrəyliyin qorunmasının əhəmiyyəti və bu işdə siyasi partiyaların rolu müzakirə edilib.

Həmçinin siyasi partiyalar haqqında yeni qanun layihəsi, Prezidentin dövlət quruculuğu məsələləri ilə bağlı təşəbbüsləri, vətəndaş cəmiyyəti institutlarının inkişafı üçün birgə reallaşdırıla biləcək layihələr, Azərbaycanda multikulturalizm ənənələri, ölkəmizdə yaşayan və yaşayacaq ermənilərə münasibət, eləcə də COVID-19 pandemiyası ilə mübarizədə maarifləndirmə işlərinin əhəmiyyəti və bir sıra digər önəmli mövzular ətrafında müzakirələr aparılıb.

Müzakirələr zamanı partiya rəhbərləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlətimizin inkişafı və beynəlxalq nüfuzunun artmasına yönəlmiş siyasətinə daim dəstək göstərəcəklərini və konstruktiv əməkdaşlığa hazır olduqlarını bildiriblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO