"2021-ci ildə Azərbaycan müstəqil xarici siyasət yürütməkdə davam edib”.
Bizim.Media xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov keçirdiyi mətbuat konfransında bildirib.
Nazirin sözlərinə görə, bu il Azərbaycanın xarici siyasət baxımından əsas prioritetləri regiondakı yeni reallıqlar fonunda münasibətlərin inkişaf etdirilməsi, həmçinin müxtəlif beynəlxalq layihələrin həyata keçirilməsi olub.
“44 günlük müharibədə qazanılan qələbədən sonra regionda formalaşmış yeni reallıqlar konteksində Azərbaycan BMT, ATƏT, Aİ, Avropa Şurası, İƏT və bir sıra digər regional platformalar daxil olmaqla, bütün mümkün çərçivələrdən istifadə edərək öz mövqeyini dünya ictimaiyyətinə çatdırmağa çalışıb”, - Ceyhun Bayramov vurğulayıb.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
11:59 / 27.12.2021
Ceyhun Bayramov Azərbaycanın builki xarici siyasət fəaliyyətindən DANIŞDI
Hazırda oxunan: Ceyhun Bayramov Azərbaycanın builki xarici siyasət fəaliyyətindən DANIŞDI
Hazırda oxunan: Ceyhun Bayramov Azərbaycanın builki xarici siyasət fəaliyyətindən DANIŞDI
52648
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.