Koronavirusun gizli simptomu açıqlandı

Koronavirusun gizli simptomu açıqlandı

Hazırda oxunan: Koronavirusun gizli simptomu açıqlandı

5257

Aşağı bədən temperaturu koronavirusun gizli simptomu ola bilər.

Bizim.Media Oxu.az-a istinadən xəbər verir ki, bu barədə rusiyalı terapevt, tibb elmləri namizədi Andrey Kondraxin bildirib.

Onun sözlərinə görə, bu reaksiyaya nadir də olsa rast gəlinir. O, bu simptomun ən çox yaşlılarda və uşaqlarda göründüyünü qeyd edib. Həkim bunu immun sisteminin "sönməsi" ilə əlaqələndirib.

Kondraxin bununla belə, sözügedən əlamətin başqa xəstəliklərlə də əlaqəsi ola biləcəyini vurğulayıb. Onun sözlərinə görə, bəzən bədəndə müşahidə olunan aşağı temperatur hipotireozun, onkoloji xəstəliyin, qaraciyər xəstəliklərinin və s. göstəricisi ola bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO