Azərbaycanda saxta pul çap edən sevgililər saxlanıldı - FOTO

Azərbaycanda saxta pul çap edən sevgililər saxlanıldı - FOTO

Hazırda oxunan: Azərbaycanda saxta pul çap edən sevgililər saxlanıldı - FOTO

52389

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı saxta pul dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, dekabrın 23-də iki nəfər taksi sürücüsünə və çörək sexinə 20 manatlıq saxta əsginaslar verilməsi barədə DİN-in "102" Zəng Mərkəzinə, eləcə də polis şöbəsinə müraciətlər daxil olub.

Daxil olmuş müraciətlərlə əlaqədar keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində saxta pulları dövriyyəyə buraxmaqda şübhəli bilinən Bərdə rayon sakini Şamil Musayev və onunla qeyri-rəsmi münasibətdə yaşayan Ağdam şəhər sakini İlahə Məmmədova saxlanılıb.

İ.Məmmədovanın Mingəçevir şəhərində kirayədə yaşadığı mənzilə baxış keçirilən zaman oradan printer avadanlığı və ümumilikdə 49 ədəd 50, 20, 5, 1 manatlıq saxta əsginaslar aşkarlanaraq maddi sübut kimi götürülüb.

Araşdırma zamanı məlum olub ki, Ş.Musayev printer vasitəsilə saxta pulları çap etdikdən sonra onları İlahə ilə öz arasında bölüşdürüb. Daha sonra ayrı-ayrılıqda taksi sürücülərinə və mağazalara həmin əsginasları təqdim ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO