Prezident onu təbrik edənlərə təşəkkür etdi - VİDEO

Prezident onu təbrik edənlərə təşəkkür etdi - VİDEO

Hazırda oxunan: Prezident onu təbrik edənlərə təşəkkür etdi - VİDEO

52352

"Son günlər ərzində mənə çoxlu təbrik məktubları gəlir, təbriklər gəlir, həm xaricdən həmkarlarımdan, müxtəlif ölkələrin dövlət və hökumət başçılarından, xaricdə yaşayan azərbaycanlılardan, təbii ki, ölkə vətəndaşlarından. Mən bütün insanlara - mənə xoş sözlər ünvanlayan, təbrik edən insanlara öz təşəkkürümü bildirmək istəyirəm”.

Bizim.Media xəbər verir ki, bu barədə Prezident İlham Əliyev dekabrın 24-də Şuşa şəhərinə səfəri zamanı bildirib.

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev, Mehriban Əliyeva və ailə üzvləri Şuşaya getdilər


“Xüsusilə Azərbaycan xalqına öz təşəkkürümü bildirmək istəyirəm, həm təbriklərə görə, həm də mənə göstərilən dəstəyə görə. Mən bu dəstəyi 2003-cü ildən - Prezident vəzifəsinə ilk dəfə seçiləndən bu günə qədər hiss edirəm. Bu dəstək mənə güc verir. Bu dəstək iradəmi möhkəmləndirir. Bu dəstək nəticəsində biz hamımız – bütün Azərbaycan xalqı böyük tarixi uğurlara imza atmışıq”, - deyə Prezident deyib.

Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO