Müharibədən sonra BİR İLK: Azərbaycan və Ermənistan ictimaiyyət nümayəndələri görüşdü

Müharibədən sonra BİR İLK: Azərbaycan və Ermənistan ictimaiyyət nümayəndələri görüşdü

Hazırda oxunan: Müharibədən sonra BİR İLK: Azərbaycan və Ermənistan ictimaiyyət nümayəndələri görüşdü

52338

Rusiyanın paytaxtı Moskvada Azərbaycan və Ermənistan ictimaiyyətinin nümayəndələri arasında görüş keçirilib.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, dekabrın 23 və 24-də keçirilən görüşdə iki ölkə xalqları arasında gərginliyin azaldılması üzrə tədbirlər müzakirə olunub.

Görüşdə Rusiya Prezidentinin xüsusi nümayəndəsi Mixail Şvıdkoyun iştirak edib.

Tərəflər müzakirələrdən sonra gələn ilin əvvəlində belə təmasların davam etdirilməsi barədə razılığa gəliblər.

Qeyd edək ki, görüşdə Azərbaycan tərəfdən Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Dillər Universitetinin rektoru Kamal Abdulla, kinorejissor Ayaz Salayev və Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova iştirak ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO