Prezident: “Hadrut bizim əlimizdə olanda ermənilər yalan məlumatlar yayırdı”

Prezident: “Hadrut bizim əlimizdə olanda ermənilər yalan məlumatlar yayırdı”

Hazırda oxunan: Prezident: “Hadrut bizim əlimizdə olanda ermənilər yalan məlumatlar yayırdı”

52332

Xəbər verdiyimiz kimi, dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev Xocavənd rayonunun Hadrut qəsəbəsinə səfər edib, burada hərbi hissənin açılışında iştirak ediblər.

Müzəffər Ali Baş Komandan hərbi hissəyə döyüş bayrağını təqdim edib. Dövlət başçısı tədbirdə çıxış edib.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Prezidentin Mətbuat Xidməti yayıb.

İlham Əliyev çıxışı zamanı deyib ki, Hadrut əməliyyatı müasir dünya müharibələri tarixində öz layiqli yerini tutacaq:

“Ermənistan hər vəchlə çalışırdı ki, Hadrutu öz nəzarəti altında saxlasın. Hətta Hadrut işğalçılardan azad ediləndən bir neçə gün sonra onlar özlərinə xas yalanlar yayaraq Hadrutun sanki onların əlində olması haqqında iftiralar uydururdular. Artıq müzəffər Azərbaycan Ordusu Hadrutda dövlət bayrağımızı qaldırmışdı”.

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev ad günündə Hadrut qəsəbəsinə getdi

Prezident xatırladıb ki, Hadrut və bütün ətraf yüksəkliklər bizim əlimizdə idi. Ermənistan öz ordusunun mənəvi-psixoloji vəziyyətini anlayaraq Hadrut haqqında yalanlar yayırdı:

“Onu da bildirməliyəm ki, Hadrut azad ediləndən sonra Ermənistan ordusunda fərarilik halları daha geniş vüsət almışdır və onların özlərinin etirafına görə müharibə zamanı 10 min fərari olmuşdur. Azərbaycan Ordusunda isə bir nəfər də fərari olmamışdır. Bizim vətənpərvərlik ruhumuz, qəhrəmanlığımız, Vətənə olan bağlılığımız, fədakarlığımız bütün dünyada Azərbaycan Ordusu, Azərbaycan xalqı haqqında dəqiq təsəvvür yaratdı. Göstərdi ki, biz böyük xalqıq, göstərdi ki, biz özümüzə məxsus olan torpaqları nəyin bahasına olursa-olsun azad edən xalqıq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO