Həmsədrlər Paşinyanla görüşdü

Həmsədrlər Paşinyanla görüşdü

Hazırda oxunan: Həmsədrlər Paşinyanla görüşdü

5231

ATƏT-in Minsk Qrupunun Fransa və ABŞ-dan olan həmsədrləri Stefan Viskonti və Endryu Şofer İrəvanda Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüblər.

Bizim.Media-nın xəbərinə görə, bu barədə Ermənistan baş nazirinin ofisi məlumat yayıb.

Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik və Rusiyanın Ermənistandakı müvəqqəti işlər vəkili Aleksey Sinequbov da iştirak edib.

Paşinyan Qarabağda mövcud vəziyyətlə bağlı müzakirələr aparıb. O, Dağlıq Qarabağ münaqişəsinin hərtərəfli həlli məqsədi ilə Minsk Qrupunun həmsədrliyi çərçivəsində danışıqların davam etdirilməsini zəruri hesab edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO