Zaxarova: “Kiyev Donbasda müharibəyə hazırlaşır” - VİDEO

Zaxarova: “Kiyev Donbasda müharibəyə hazırlaşır” - VİDEO

Hazırda oxunan: Zaxarova: “Kiyev Donbasda müharibəyə hazırlaşır” - VİDEO

52278

Ukrayna hakimiyyəti müdafiə büdcəsini 20% artıraraq Donbasdakı münaqişənin hərbi yolla həllinə hazırlaşır.

Bizim.Media TASS agentliyinə istinadən xəbər verir ki, bu fikirləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova cümə günü keçirdiyi brifinqdə səsləndirib.

“Səkkizinci ildir davam edən vətəndaş müharibəsinə son qoymaq əvəzinə, deyəsən, Kiyev “Donbas problemi”nin hərbi yolla həllinə hazırlaşır”, - deyə diplomat bildirib.

"Bu, öz vətəndaşları ilə müharibə üçün 12 milyard dollar ayrılıb.  Ukraynanın hərbi büdcəsi 20% artıb. Hansı sülhdən söhbət gedə bilər?" - Zaxarova rəqəmlərə diqqət çəkib. 

Onun sözlərinə görə, Donbasdakı təmas xəttində vəziyyət pisləşir:

“Son iki həftə ərzində ATƏT-in Xüsusi Monitorinq Missiyası atəşkəs rejiminin təxminən 7000 pozulması faktını hesablayıb və bu, xatırlatmaq istəyirəm ki, ötən ilin dekabr ayı ilə müqayisədə 5 dəfə çoxdur. Bu isə o deməkdir ki, bölgədə təxminən 3 dəqiqədən bir atışma olur, partlayış baş verir, kiminsə həyatı təhlükə altında qalır”, - Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü bildirib. 

Diplomat təəssüflənir ki, Rusiya NATO ölkələrinin öz əhalisinə qarşı “səlib yürüşü” etmək istəyən rəsmi Kiyevi dəstəkləyir. 

"Öz əhalisinə qarşı səlib yürüşü? Bu nə deməkdir? Onlara nəinki müəyyən növ silah və hərbi texnika verirlər, həm də Ukraynada hərbi mövcudluğunun miqyasını ildən-ilə artırırlar. Ola bilərmi ki, heç kim bunu görməsin?" – deyə o, qeyd edib.

Zaxarovanın fikrincə, bu gün Ukraynada 10 minə yaxın xarici hərbi təlimatçı var, onlardan 4 mini birbaşa ABŞ-dandır. 

“Təlimatçılar nə qədər çox olarsa, Ukraynanın hərbi büdcəsi də bir o qədər çoxalır, onlara bir o qədər çox silah verilir. Bu səbəbdən partlayışları nəinki təmas xəttində, həmçinin mülki infrastruktur ərazilərində eşidirik”, - diplomat bildirib. 

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO