Ermənilər Vanda qədim kitabəni oğurlayarkən necə yaxalandılar? – GİZLİ ƏMƏLİYYAT 

Ermənilər Vanda qədim kitabəni oğurlayarkən necə yaxalandılar? – GİZLİ ƏMƏLİYYAT 

Hazırda oxunan: Ermənilər Vanda qədim kitabəni oğurlayarkən necə yaxalandılar? – GİZLİ ƏMƏLİYYAT 

52266

“Van şəhəri yaxınlığındakı Urartu qalasının mixi yazılı kitabəsində erməni vandalizminin şahidi olduq. Urartu qalasının bələdçisi Yılmaz Yasavur bizə məlumat verdi ki, üç il əvvəl iki nəfər erməni Urartu hökmdarı I Argişitinin Hor-hor kitabəsinin mətnini dağıdaraq, bir hissəsini aparmağa cəhd edib. Bu fakt ermənilərin tarixi abidələrə qarşı vandal əməllərinin bir daha təsdiqləyir”.

Bu sözləri Bizim.Media-ya açıqlamasında tarixçi alim Ramin Əlizadə deyib.

Belə ki, Azərbaycan Milli Elmlər Akademiyasının A.Bakıxanov adına Tarix İnstitutunun Qədim tarix şöbəsinin müdiri tarix üzrə fəlsəfə doktoru, dosent Allahverdi Əlimirzəyev və şöbənin böyük elmi işçisi Ramin Əlizadə Türkiyənin Van şəhərində elmi ezamiyyətdə olublar.

Səfər Azərbaycanın qədim tarixinin öyrənilməsində müstəsna rolu olan Urartu mixi yazılı kitabələrini yerində oxumaq məqsədi ilə təşkil edilib.

Tarixçi alimlər Van şəhəri yaxınlığında yerləşən Urartu qalasında Urartu hökmdarları I Sardurinin, Minuanın və I Argişitinin mixi yazılı kitabələri ilə yaxından tanış olublar.

Ramin Əlizadənin sözlərinə görə, ermənilər özlərini kürd kimi qələmə verərək Vanda yerləşən qədim abidənin bir hissəsini oğurlamağa çalışıblar. Lakin ərazidəki kürdlər onların erməni olduqlarını bildikdə tarix canilərini döyərək qovublar.

Xatırladaq ki, ermənilərin bu cür gizli əməliyyatları dünyanın müxtəlif bucaqlarında həyata keçirirlər.

Ən qədim insan məskənlərindən müxtəlif artefaktları oğurlayıb erməniləşdirməklə yanaşı, həmin ərazilərdə guya qədim erməni irsinə aid olan saxta düzəldilmiş materiallar da basdırır və ya ştrixlər əlavə edirlər. 

Bizim.Media 



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO