Türkiyədə 770 nəfərin əmlakına həbs qoyuldu – Aralarında azərbaycanlı da var

Türkiyədə 770 nəfərin əmlakına həbs qoyuldu – Aralarında azərbaycanlı da var

Hazırda oxunan: Türkiyədə 770 nəfərin əmlakına həbs qoyuldu – Aralarında azərbaycanlı da var

52232

Türkiyədə terrorda şübhəli bilinən 770 fiziki və 1 hüquqi şəxsin əmlakına həbs qoyulub.

Bizim.Media xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Süleyman Soylu və maliyyə naziri Nurəddin Nəbati birgə qərar imzalayıblar. 

Siyahıya FETÖ/PDY, PKK/KCK, eləcə də dini ekstremist və radikal sol təşkilatların üzvləri daxildir.

Həbs edilənlər arasında HDP-nin keçmiş həmsədri Səlahəddin Dəmirtaşın böyük qardaşı Nurəddin Dəmirtaş, axtarışda olan FETÖ/PDY üzvləri Adil Öksüz, Emre Uslu, Tuncay Opçin, Cevheri Güven, keçmiş prokuror Zekeriya Öz, Tarık Toros və Abdjerim də var.

Qərara görə, 454 terror təşkilatı FETÖ/PDY, 108 terror təşkilatı PKK/KCK, 119 dini radikal təşkilat, 89 radikal sol təşkilat, həmçinin 1 fondun (Niaqara) üzvü həbs olunublar.

Siyahıda İŞİD üzvü kimi tanınan 34 yaşlı azərbaycanlı Məmmədova Ülkər Şahmurad qızı da var. Məmmədova Azərbaycanın Qubadlı rayonunda anadan olub.

Qeyd edək ki, Ülkər Məmmədova 2015-ci ildə Türkiyənin paytaxtı Ankarada 103 nəfərin ölümü ilə nəticələnən terror aktı törətməkdə təqsirli bilinən İŞİD üzvü Mustafa Dokumacinin həyat yoldaşı olub. Ü.Məmmədova 2021-ci il oktyabrın 9-da Suriyadan Türkiyəyə keçərək polisə təslim olub. 

Qeyd olunur ki, Ü.Məmmədova İŞİD-in “canlı bomba” (kamikadze) siyahısında olub. Dokumaci 2020-ci ildə İHA zərbəsi ilə məhv edilib.

Bundan başqa, ehtiyatda olan polkovnikin qızı Ülkər Məmmədova Azərbaycanda “Siyasi elmlər” fakültəsinə daxil olsa da, baş geyiminə görə universitetdə təhsilini davam etdirə bilməyib.
Türkiyəyə gedib və orada Konya Səlcuq Universitetinə daxil olub. Orada sosial şəbəkələrdə Mustafa Dokumaci ilə tanış olub, onunla ailə qurub və İŞİD-ə qoşulub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO