Sosial şəbəkələrin yıxdığı EVLƏR – Ekspertlər nə deyir? 

Sosial şəbəkələrin yıxdığı EVLƏR – Ekspertlər nə deyir? 

Hazırda oxunan: Sosial şəbəkələrin yıxdığı EVLƏR – Ekspertlər nə deyir? 

52213

Dünən “Azərbaycanda mövcud ailə münasibətləri” ilə bağlı keçirilən iclasda Milli Məclisin deputatı Fazil Mustafa Azərbaycanda boşanmaların, problemlərin sayının artmasına səbəb kimi sosial şəbəkələri göstərib. 

Bizim.Media olaraq bu mövzu ilə bağlı sosioloq Lalə Mehralıdan rəy aldıq.

MÖVZU İLƏ BAĞLI:

Ədliyyə Nazirliyi: İlyarım ərzində 130 milyon manat aliment ödənildi

O, deputatın fikirləri ilə qismən razılaşdığını bildirdi: 

“Təəssüflər olsun ki, bu reallıqdır. Lakin sosial şəbəkəni burada günahlandırmaq tam doğru deyil. Gəlin, sosial şəbəkəyə fiziki qüsurlu və ya səhhətində problem yaşayan, cəmiyyət arasında ola bilməyən şəxslərin gözləri ilə baxaq. Yəni, məsələ əlimizdəkilərdən necə, hansı tərzdə istifadə etməyimizdir.

Kimi sosial şəbəkələr vasitəsi ilə ailə qurur, xoşbəxt olur. Kimisi isə həmin platformalarda başqasının şişirdilmiş, dəbdəbəli həyatlarını görüb, öz həyatı ilə müqayisə edərək evinə, ailəsinə problem salır. Hazırda bu səbəblə məhkəmələrdə boşananlar çoxdur”.

Psixoloq Mədinə Rəsulun sözlərinə görə isə boşanmaların əsas səbəbi sosial şəbəkələrlə bağlı deyil:  

“Öncə biz boşanan cütlüklərin münasibətlərindəki boşluqlara baxmalıyıq. Çox zaman deyirlər ki, filankəs sosial şəbəkəyə daxil olandan sonra ailəni unutdu, başını telefon qatdı və s. Lakin əsas səbəb bu problemlərin arxasında gizlənib. Əgər iki şəxs ortaq maraq, sevgi, uyğunluq üzərində ailəni qurmayıbsa, bir müddət sonra bir-birlərindən sıxılmağa başlayırlar.

Yeni macəralar, maraqlar axtarır və bunu asan yollarla qazanmağa çalışırlar. Çünki insanlar komfortu, rahat əldə olunan şeyləri çox sevirlər.
Nəticədə asan şəkildə sosial şəbəkələrə daxil olaraq, özünə uyğun, oxşar düşüncəli şəxslərlə ünsiyyət qurmağa çalışıb, boşluqları doldurmağa başlayırlar. Bu da sonda böyük problemlərə, xəyanət və ayrılıqlara səbəb olur. Ümumiyyətlə sosial şəbəkələr belə olmasa, bir-birləri ilə xoşbəxt olmayan cütlüklər nə yol ilə olsa da, yalan danışacaq, xəyanət edəcək və boşanacaq. Sosial şəbəkə sadəcə bunları etmək üçün ən asan vasitədir”. 

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO