Prezident İlham Əliyev "Azərbaycanda 2022-ci il üçün yaşayış minimumu haqqında" qanunu imzalayıb.
Bizim.Media xəbər verir ki, əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə 210 manat, əmək qabiliyyətli əhali üçün 220 manat, pensiyaçılar üçün 176 manat, uşaqlar üçün 193 manat məbləğində müəyyən edilib.
MÖVZU İLƏ BAĞLI:
İlham Əliyev ehtiyac meyarı ilə bağlı qanunu imzaladı
Qanun 2022-ci il yanvarın 1-dən qüvvəyə minəcək.
Bizim.Media