“Azərpoçt” 2 yeni markanı dövriyyəyə buraxdı - FOTO 

“Azərpoçt” 2 yeni markanı dövriyyəyə buraxdı - FOTO 

Hazırda oxunan: “Azərpoçt” 2 yeni markanı dövriyyəyə buraxdı - FOTO 

52076

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərpoçt” MMC tərəfindən yeni poçt markası dövriyyəyə buraxılıb.

Nazirlikdən Bizim.Media-ya bildirilib ki, marka Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) 100 illik yubileyinə həsr olunub. Buraxılış 2 markadan ibarət blok şəklində hazırlanıb.

Poçt markası 3 min tirajla Belarus Respublikasının Bobruysk şəhərində çap edilib.

Markanın müəllifi rəssam Orxan Qarayevdir.

Poçt markası ilə yanaşı, 200 ədəd Birinci gün zərfi də hazırlanıb.

Xatırladaq ki, “Azərpoçt” MMC mütəmadi olaraq mühüm əhəmiyyət kəsb edən əlamətdar tarixlərlə bağlı poçt markaları dövriyyəyə buraxır.

Bizim.Media




© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO