Cəbrayıldan Naxçıvana elektrik xətti çəkiləcək - 5 açıq tender elan edildi

Cəbrayıldan Naxçıvana elektrik xətti çəkiləcək - 5 açıq tender elan edildi

Hazırda oxunan: Cəbrayıldan Naxçıvana elektrik xətti çəkiləcək - 5 açıq tender elan edildi

52050

“Azərenerji” ASC “Cəbrayıl” elektrik yarımstansiyasının tikintisi, Naxçıvan-Türkiyə enerji sistemi ilə əlaqələndirilməsi və istismara verilməsi (1), “Bakı-3” elektrik yarımstansiyasının idarəetmə mərkəzinin tikintisi (2), “Şimal” elektrik yarımstansiyasında yeni soyutma estekadasının tikintisi və istismara verilməsi (3), “İmişli” elektrik yarımstansiyasının yenidən qurulması və istismara (4), “Ağcabədi” elektrik yarımstansiyalarının yenidən qurulması və istismara verilməsi (5) üçün 5 açıq tender elan edib.
 

MÖVZU İLƏ BAĞLI:

Ağdam Sənaye Parkı elektrik enerjisi və su ilə təchiz edildi - RƏSMİ


Bizim.Media xəbər verir ki, hər bir tenderdə iştirak haqqı 2 000 manatdır.

İddiaçılar ilkin sənədləri fevralın 1-I, saat 15:00-a qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə fevralın 9-u, saat 15:00-a qədər səhmdar cəmiyyətinin Bakı şəhəri, Səbail rayonu, Əbdülkərim Əlizadə küçəsi, 10 ünvanında yerləşən inzibati binasına təqdim edə bilərlər.

Təkliflərə fevralın 10-da, saat 15:00-da qeyd olunan ünvanda baxılacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO