Gürcüstanın hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyası baş nazir postuna Giorgi Qaxarianın namizədliyini irəli sürüb.
Bizim.Media Gürcüstan mətbuatına istinadla xəbər verir ki, bundan sonra G.Qaxariya hökuməti formalaşdırmağa başlayacaq.
Qeyd edək ki, dekabrın 11-də Baş nazir G. Qaxaria hökumətin istefası ilə əlaqədar parlamentə müraciət edib və parlament Baş nazirin müraciətini nəzərə alıb.
Gürcüstan qanunvericiliyinə əsasən, hökumət yeni seçilmiş parlamentin səlahiyyətlərinin təsdiqlənməsindən sonra istefa verməlidir. Bundan sonrakı iki həftə ərzində isə parlament seçkilərində qalib gələn partiyanın təqdim etdiyi hökumətin tərkibinə etimad səsverməsi keçirilməlidir.
Bizim.Media
- A-
- A
- A+
Region
13:26 / 14.12.2020
Gürcüstanın baş nazirliyinə namizəd parlamentə təqdim olundu
Hazırda oxunan: Gürcüstanın baş nazirliyinə namizəd parlamentə təqdim olundu
Hazırda oxunan: Gürcüstanın baş nazirliyinə namizəd parlamentə təqdim olundu
5201
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.