Ərdoğan: “Heç kim Türkiyənin inkişafının qarşısını ala bilməz”

Ərdoğan: “Heç kim Türkiyənin inkişafının qarşısını ala bilməz”

Hazırda oxunan: Ərdoğan: “Heç kim Türkiyənin inkişafının qarşısını ala bilməz”

51933

Son 10 ildə regionda və qlobal səviyyədə gedən böhran prosesləri koronavirus pandemiyası fonunda xüsusi miqyas alıb.

Bizim.Media Anadolu agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çərşənbə günü Ankarada Ədalət və İnkişaf Partiyasının parlament fraksiyasının iclasında deyib.

Türkiyə dövlətinin başçısı diqqəti Türkiyədə sabitliyi pozmaq, Türkiyə iqtisadiyyatına ziyan vurmaq cəhdlərinə, ölkənin cənub sərhədləri yaxınlığında terrorçuların nəzarətində olan zona yaratmaq planlarına yönəldib.
 

MÖVZU İLƏ BAĞLI:

Ərdoğan: "Kamal bəy, biz bu borc yükünü sizdən aldıq” - VİDEO


“Türkiyə Cümhuriyyətinin bütün tarixi boyu ölkəmizin inkişafını ləngitməyə, türk xalqını daxili problemlərə kök salmağa çalışıblar. Bununla belə, biz ölkəni dünyanın aparıcı iqtisadiyyatları sırasına çıxarmaqda qərarlıyıq”, - deyə Ərdoğan bildirib.

Prezident qeyd edib ki, Türkiyənin iqtisadi sıçrayışına mane olan amillərdən biri yüksək inflyasiya və yüksək faiz dərəcələridir. “Əminəm ki, əhalinin dəstəyi sayəsində biz bu problemləri də aradan qaldıracağıq. Türkiyə vətəndaşlarının heç biri yüksək inflyasiyadan və məzənnədən zərər görməməlidir”, - deyə dövlət başçısı bildirib.

Türkiyə lideri vurğulayıb ki, hökumət iqtisadi sahədə atdığı addımların nəticələrini yaxşı bilir.
 

“Bizim Türkiyənin iqtisadi sıçrayış şansını əldən verməyə haqqımız yoxdur. Ölkəmiz daha dörddə bir əsr gözləyə bilməz. Türkiyə dünya dövlətləri arasında layiqli yer tutacaq”, - deyə dövlət başçısı bildirib.


Ərdoğan bir sıra müxalif siyasətçilərin növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı açıqlamalarına da münasibət bildirib.

“Türkiyədə seçkilər planlaşdırıldığı kimi 2023-cü ilin iyununda keçiriləcək və nöqtə. Türkiyə hüquqi dövlətdir və bütün proseslər qanun çərçivəsində gedir. Türkiyənin inkişafını heç kim geriyə ata bilməz. Şəxsi ambisiyaları Türkiyədə 84 milyon insanın maraqlarından üstün tutmaq olmaz! 2023-cü ilə qədər qarşıya qoyulan məqsədlərə nail olacağıq”, - deyə Türkiyə lideri yekunlaşdırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO