Tarix fənni üzrə imtahan verən abituriyentlərin NƏZƏRİNƏ: Materiallar yeniləndi

Tarix fənni üzrə imtahan verən abituriyentlərin NƏZƏRİNƏ: Materiallar yeniləndi

Hazırda oxunan: Tarix fənni üzrə imtahan verən abituriyentlərin NƏZƏRİNƏ: Materiallar yeniləndi

51756

Qarabağ uğrunda Vətən müharibəsinə (İkinci Qarabağ müharibəsinə) dair yenilənmiş məqalə təqdim olunub.

Bizim.Media xəbər verir ki, bu barədə DİM-dən bildirilib.

Qeyd olunub ki, Qarabağ uğrunda Vətən müharibəsinə (İkinci Qarabağ müharibəsinə) dair 2021-ci il “Abituriyent” jurnalının 2-ci sayında dərc edilmiş, həmçinin Dövlət İmtahan Mərkəzinin saytına yerləşdirilmiş məqalənin yeni redaktəsi ilə keçidlər vasitəsilə tanış ola bilərsiniz. 

Materiallar ödənişsizdir və hər kəs öz kompüterinə yükləyə bilər.

Qarabağ uğrunda Vətən müharibəsi (İkinci Qarabağ müharibəsi);

Oтечественная война за Гарабаг (Вторая Гарабагская война).

Məqalənin ilk çapından sonrakı dövrdə baş vermiş hadisələrin çoxu yeni redaktədə nəzərə alınıb.

Xatırladaq ki, hazırda ümumtəhsil müəssisələrinin 11-ci siniflərində təhsil alanlar qeyd edilən mövzu haqqında istifadədə olan dərsliklərdən bilgilər almayıblar.

Mövzunun vacibliyi nəzərə alınaraq, 2022-ci ildə də II və III ixtisas qrupları üzrə qəbul imtahanlarında tarix fənnindən Qarabağ uğrunda Vətən müharibəsinə (İkinci Qarabağ müharibəsinə) dair istifadəsi nəzərdə tutulmuş tapşırıqlar bu material əsasında tərtib ediləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO