Moskvadan NATO ilə bağlı sərt BƏYANAT: “İcazə verməyəcəyik”

Moskvadan NATO ilə bağlı sərt BƏYANAT: “İcazə verməyəcəyik”

Hazırda oxunan: Moskvadan NATO ilə bağlı sərt BƏYANAT: “İcazə verməyəcəyik”

0:00
0:00
51717

Rusiya Ukrayna və Gürcüstanda NATO infrastrukturunun yerləşdirilməsinə icazə verməyəcək.

Bizim.Media “Sputnik Live” Telegram kanalına istinadən xəbər verir ki, bu fikirləri hərbi təhlükəsizlik məsələləri üzrə Vyana danışıqlarında Rusiya nümayəndə heyətinin rəhbəri Konstantin Qavrilov səsləndirib.

Xatırladaq ki, dekabrın 17-də Rusiya Xarici İşlər Nazirliyi ABŞ və NATO ilə təhlükəsizlik təminatlarına dair müqavilə layihələrini dərc edib.

Sənəddə deyilir ki, NATO Ukrayna və keçmiş SSRİ-nin digər ölkələrini alyansa qoşmamalı və ABŞ postsovet məkanı ərazisində hərbi baza yerləşdirməməlidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO