Gəncədə universitet müəlliminə 5 il 6 ay həbs cəzası verildi – DƏLƏDUZLUQ EDİB

Gəncədə universitet müəlliminə 5 il 6 ay həbs cəzası verildi – DƏLƏDUZLUQ EDİB

Hazırda oxunan: Gəncədə universitet müəlliminə 5 il 6 ay həbs cəzası verildi – DƏLƏDUZLUQ EDİB

0:00
0:00
51680

Gəncə Ağır Cinayətlər Məhkəməsində dələduzluq etməkdə təqsirləndirilən Əli İbrahimov Rübail Hüseynovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Bizim.Media xəbər verir ki, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, R.Hüseynov 8 il və Ə.İbrahimov isə 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Ə.İbrahimov Azərbaycan Dövlət Aqrar Universitetində müəllim işləyib. O, uşaqlıq dostu R.Hüseynovla birgə 7 nəfərin etibarından sui-istifadə edərək onların külli miqdarda pulunu dələduzluq yolu ilə ələ keçirib.
Belə ki, toxumçuluq işi ilə məşğul olan uşaqlıq dostlarına Gəncə Şəhər Baş Polis İdarəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq- külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb və hər ikisi təqsirləndirilən şəxs qismində həbs olunublar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO