Kosmosa ilk turistlər bu tarixdə uçacaq - 55 milyon dollarlıq səfər

Kosmosa ilk turistlər bu tarixdə uçacaq - 55 milyon dollarlıq səfər

Hazırda oxunan: Kosmosa ilk turistlər bu tarixdə uçacaq - 55 milyon dollarlıq səfər

51677

Amerikanın Axiom şirkətinin proqramı üzrə Beynəlxalq Kosmik Stansiyaya (BKS) ilk turistlər 2022-ci ilin fevral ayının sonunda SpaceX-in Crew Dragon idarə olunan kosmik gəmisi ilə uçacaqlar.

Bizim.Media ABŞ-ın Kosmik agentliyinə (NASA) istinadən xəbər verir ki, uçuş 28 fevrala planlaşdırılıb.

Turistik uçuş Amerikanın Axiom Space şirkəti təşkil edir. Kosmik gəminin ekipajına keçmiş NASA astronavtı Maykl Lopez-Aleqria, pilotun işini yerinə yetirəcək amerikalı sahibkar Larri Konnor, kanadalı investor Mark Pati və israilli iş adamı Eitan Stibbe daxildir.

Onların hamısı xüsusi həkim müayinəsindən və uçuşa hazırlıq keçiblər.

BKS-ə 8 günlük səfərin dəyəri 55 milyon dollar qiymətləndirilir. Uçuşların gələcəkdə ildə 2-3 dəfə həyata keçirilməsi planlaşdırılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO