Azərbaycan güləşçiləri Fərdi Dünya Kubokunda 1 gümüş və 1 bürünc medal qazanıb
Serbiyada keçirilən güləş üzrə Fərdi Dünya Kubokunda ikinci yarış gününə yekun vurulub.
Bizim.Media “Apasport”-a istinadən bildirir ki, yunan-Roma güləşçiləri ilk medal günündə 5 dəst mükafatın sahibini müəyyənləşdirib.
Azərbaycan yığmasının iki güləşçisi yarışda son sınağına çıxıb. 55 kq çəki dərəcəsində mübarizə aparan Eldəniz Əzizli bürünc medal uğrunda qarşılaşmada qüvvəsini sınayıb. Görüşdə qırğızıstanlı Balbay Dordokovdan güclü olan (3:0) güləşçimiz yarışı 3-cü yerdə başa vurub.
İslambek Dadov (67 kq) isə final görüşünə çıxıb. Həlledici qarşılaşmayadək bütün rəqiblərini məğlub edən güləşçimiz rusiyalı Nazir Abdullayevlə üz-üzə gəlib.
Qarşılaşma gərgin mübarizə şəraitində keçib. Rəqibinə minimal fərqlə - 1:2 hesabı ilə yenilən İslambek gümüş medal əldə edib.
Qeyd edək ki, sabah daha iki təmsilçimiz Taleh Məmmədov (63 kq) və Beka Kandelaki (130 kq) medallar uğrunda mübarizəni davam etdirəcək.
Onlar müvafiq olaraq təsəlliverici və bürünc medal qarşılaşmasına çıxacaq. Yunan-Roma millisinin digər üzvləri - Nihat Məmmədli (60 kq), Ülvü Qənizadə (72 kq), Sənan Süleymanov (77 kq) və İslam Abbasov (87 kq) yarışda uğursuz çıxış edib.
Bizim.Media
- A-
- A
- A+
İdman
23:20 / 13.12.2020
Azərbaycan güləşçiləri Fərdi Dünya Kubokunda 1 gümüş və 1 bürünc medal qazanıb
Hazırda oxunan: Azərbaycan güləşçiləri Fərdi Dünya Kubokunda 1 gümüş və 1 bürünc medal qazanıb
Hazırda oxunan: Azərbaycan güləşçiləri Fərdi Dünya Kubokunda 1 gümüş və 1 bürünc medal qazanıb
5159
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.