DSX-nin Gorus-Qafan yolundakı postu istifadəyə verildi - FOTO

DSX-nin Gorus-Qafan yolundakı postu istifadəyə verildi - FOTO

Hazırda oxunan: DSX-nin Gorus-Qafan yolundakı postu istifadəyə verildi - FOTO

51570

Azərbaycan-Ermənistan dövlət sərhədinin Qubadlı rayonunun Eyvazlı kəndindən keçən Gorus-Qafan yolu üzərində yerləşən sərhəd nəzarət postu əsaslı təmir olunaraq istifadəyə verilib. 

Bizim.Media xəbər verir ki, postda Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsinin əməkdaşlarının birgə xidmətinin yüksək səviyyədə təşkili üçün lazımi şərait yaradılıb.

Burada dövlət sərhədindən keçən şəxslərin, nəqliyyat vasitələrinin və yüklərin rəsmiləşdirilməsi, sənədlərin mərkəzləşdirilmiş elektron qeydiyyat sisteminə daxil edilməsi və digər sərhəd nəzarəti tədbirləri həyata keçirilir. (AZƏRTAC)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO